Menu

Tovuzda 24 yaşlı qadını cərəyan vurub

10.06.2017, 00:49

cereyanAxşam saatlarında Tovuz rayonunda qadını cərəyan vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, Aşağı Əyyublu kənd sakini, 1993-cü il təvəllüdlü Cəfərova Ülviyyə mehman qızı evdə otaqlardan birinin işığını yandırmaq istəyən zaman onu cərəyan vurub. Hadisə elektrik açarının üzərinin açıq olması səbəbindən baş verib.

Ağır vəziyyətdə xəstəxanaya aparılan qadına həkimlər tərəfindən köməklik göstərilib. Onun vəziyyəti ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol