Türkiyənin Diyarbəkir vilayətinin Diclə mahalında PKK-çılar tərəfindən polis maşını raketlə hədəf alınıb.
Axar.az xəbər verir ki, Ziyarəttəpə səmtində baş verən olayda avtomobil “Əjdər” raketi ilə vurulub. Hücum zamanı ölən, yaxud yaralanan olmayıb.
Ərazidə genişmiqyaslı əməliyyatlara başlanıb.


Şərhlər