Menu

Tovuzda güclü dolu yağdı, təsərrüfatlara ziyan dəydi

10.06.2017, 20:06
Tovuzda güclü dolu yağdı, təsərrüfatlara ziyan dəydi

Bu gün saat 16 radələrində Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb.

APA-nın verdiyi məlumata görə, dolu əsasən Düz Cırdaxan, Cəlilli və Kür çayı sahilində yerləşən bir neçə kənddə müşahidə olunub.

Kəndlərin sakinləri bildiriblər ki, təxminən 7 dəqiqə yağan dolunun diametri 10 sm-dən böyük olub. Əkin sahələrinə, meyvə ağaclarına, həmçinin yaşayış evlərinin dam örtüklərinə ciddi ziyan dəyib.

Düz Cırdaxan kəndinin icra nümayəndəsi Akif Mehdiyevin bildirdiyinə görə, vəziyyətlə bağlı bütün aidiyyəti qurumlara xəbər verilib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlərə dəymiş ziyanın müəyyənləşdirirlər.

Məlumata görə, Qazax rayonunun bir sıra kəndlərinə də dolu yağıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol