Menu

Şəmkirdə 25 yaşlı qadın qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib

10.06.2017, 21:51

ambulansŞəmkir rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Cinarlı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlahə Musa qızı Nəbiyeva qarnın kəsilmiş-deşilmiş yarası ilə Şəmkir Rayon Mərkısi Xəstəxanasına yerləşdirilib.

Həkimlər tərəfindən əməliyyata alınan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, İ.Nəbiyeva həyətlərindəki ağacdan yıxılıb.

Faktla bağlı isə Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol