Masallıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Xanalıyan kəndində vətəndaşa məxsus ZİL markalı yük avtomobilinin banına yığılmış 4 ton ot bağlamasının 3 tonu və ətrafda 200 m2 sahədə quru ot yanıb. Ot bağlamasının qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.
Yanğın saat 18:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şərhlər