AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Tereza Meyin iki aparıcı müşaviri istefa verib. Onların parlament seçkiləri öncəsi seçki kampaniyasının hazırlanmasına cavabdeh olduqları bildirilir. Bu barədə şənbə günü Britaniya KİV-i yazıb.
«Mən, seçki kampaniyası zamanı oynadığım rola görə, cavabdehliyi öz üzərimə götürürəm. Bu, bizim proqramımızı kurasiya etməkdən ibarət idi» - deyə, istefaya getməsinin səbəbini açıqlayan Nik Timoti «Conservative Home» internet nəşrində yazıb.
Ondan başqa, Mühafizəkarlar partiyasından daha bir müşavirin - Fion Hillin istefa verdiyini açıqlayıblar. Onlar ikisi də hələ Tereza Mey daxili işlər naziri olan vaxtlardan (2010-2016 illər) onunla işləyirlər.
Xəbərdə qeyd olunur ki, hər iki müşavirin istefaya getməsini Hill və Timotinin üzərinə məsuliyyət qoymuş nüfuzlu mühafizəkarlar təkid ediblər. Onlar seçkiqabağı kampaniyanın keyfiyyətsiz aparıldığını deyirlər.
Seçkilərin nəticələrinə görə, Mühafizəkarlar parlamentdə lider rolunu saxlaya bilsələr də mütləq çoxluğu itiriblər. Mey özü isə bəyan edib ki, Baş nazir postunda qalacaq.


Şərhlər