Mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov “Media forum” saytına danışıb. O deyib ki, qətlin istintaqında yeni heç nə yoxdur:
“Elmarın qətlinin üstü açılmadı. Dərinə getməyin mənası yoxdur, onu öldürənləri də tapmadılar, sifarişçiləri də, Elmarın qanı batdı getdi. O uşağı əlimdən aldılar.
İndi nə ümidim olacaq?! Elmar qəbiristanlıdadır. Hadisə baş verəndən sonra çox ora-bura getdim. Gördüm ki, heç nəyin xeyri yoxdur. Görünür, baş qoşmaq istəmirlər. Söz vermişdilər qətlin üstü açılacaq, amma bu gün sabah deyə-deyə 10 ilə yaxın vaxt ötür”.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə Bakıda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Şərhlər