Menu

 "Bu, ən üzücü məğlubiyyət oldu" - Rəşad Sadıqov

11.06.2017, 07:24
 "Bu, ən üzücü məğlubiyyət oldu" - Rəşad Sadıqov

Çox danışa bilməyəcəyəm. Yəqin ki, məni başa düşərsiniz. Azərbaycan tarixinin ən vacib oyunu idi. Bəlkə də ən yaxşı oyunumuzu keçirdik. Eyni zamanda, ən üzücü məğlubiyyətlə üzləşdik".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov evdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib. Kapitan özünü pis hiss etdiyini və bu səbəbdən, əlavə suallara cavab verə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi Şimali İrlandiyaya uzatma dəqiqələrində buraxdığı qolla uduzub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol