AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Qətər hakimiyyəti onunla diplomatik əlaqələri kəsmiş dövlətlərin vətəndaşlarına hörmət nümayiş etdirərək, qüvvədə olan qanunvericiliyə əsasən, onlara ölkə ərazisində qalmağa icazə verib.
Qətər informasiya agentliyinin məlumatına istinadla, bu barədə xəbəri «Röyter» agentliyi yayıb. Agentliyin məlumatına görə, Qətərin Daxili işlər nazirliyi (DİN) bəyan edib ki, Doha «Qətərə qarşı başlanmış ziyankar və düşmənçilik kampaniyası nəticəsində onunla diplomatik əlaqələri kəsmiş və ya bu əlaqələrin səviyyəsini aşağı salmış qardaş və dost dövlətlərin vətəndaşlarına yönəlik» siyasətini dəyişməyi planlaşdırmır. İnformasiya agentliyinin saytına isə giriş bağlıdır.
Mayın sonunda elə həmin sayt Qətər əmiri Təmim bin Həmad Əl Taniyə məxsus olduğu bildirilən bir mətn dərc edib. Həmin mətndə İran «bölgədə sabitliyin qarantı» adlandırılıb.
Bundan sonra Qətərin Daxili işlər nazirliyi agentliyin rəsmi saytının dağıdıldığını bəyan edib və saytda yerləşdirilmiş həmin informasiyanın həqiqətə uyğun olmadığını bildirib.

Şərhlər