«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rumıniyanın Prezidenti Klaus Yohannis Ağ Evdə keçirilən mətbuat konfransında bəyan edib ki, Qərbin Rusiya ilə dialoqa ehtiyacı var. Onun sözlərinə görə, bu dialoq «çox aydın, sadə və düzxətli» olmalıdır.
«Mən, hesab edirəm ki, bizə Rusiya ilə dialoq lazımdır. Digər tərəfdən isə bizə… qarşı durmaq üçün güc lazımdır» - deyə, Yohannis qeyd edib.
Prezident əlaıə edib ki, «qarşı durmaq və dialoq» kombinasiyası tərəflərin reallaşdıra biləcəyi həll variantına gətirməlidir.


Şərhlər