Menu

Ağdamın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədilib

11.06.2017, 16:52
Ağdamın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədilib

Ermənistan silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib.

APA-nın xəbərinə görə, yanğın rayonun işğal altındakı Bayramlar, Baş Qərvənd və Kəngərli kəndləri ərazisində müşahidə olunur.

Cəbhə xəttinə yaxın yerləşən Mirəşelli kənd sakinlərinin verdiyi məlumata görə, yanğın olan ərazilərdə erməni silahlı qüvvələrinin basdırdığı minaların partlaması da müşahidə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol