Menu

İraqda 16 gürcü girov götürüldü

13.06.2014, 21:35
İraqda 16 gürcü girov götürüldü

İraq Şam İslam Dövləti qruplaşmasının döyüşçüləri Mosul şəhərində 16 Gürcüstan vətəndaşını girov tutub. ANS PRESS-in məlumatına görə, bu haqda BMT-ın insan hüquqları üzrə baş komissarının mətbuat katibi Rupert Kolvill xəbər verib.

“Terrorçular Mosulda İraq telekommunikasiya şirkətində işləyən 16 gürcünü oğurlayıb”, - deyə BMT-ın nümayəndəsi bildirib.

BMT-ı nümayəndəsi həmçinin polis və ya təhlükəsizlik xidmətlərində işləmiş 30 mülki şəxsin edam edilməsil haqqında məlumatlar olduğunu da qeyd edib. Onun sözlərinə görə, 4 qadın terrorçular tərəfindən zorlandığına görə intihar edib.

BMT-nın məlumatına görə, şimali İraqa ekstremistlərin hücumu nəticəsində həlak olmuş mülki şəxslərin sayı bir neçə yüz insana çatır, yaralıların sayı minə yaxınlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol