“Forbes Ukrayna” jurnalı Rusiyanın Ukraynanın şərqində həyata keçirdiyi qanlı təxribatın maliyyə tərəfi ilə bağlı maraqlı araşdırma aparıb. Azpolitika.info “Müharibənin qiyməti”: Separatçıların saxlanılması neçəyə başa gəlir” adlı məqalənin tərcüməsini təqdim edir.
Muzdlu döyüşçülər ideya üçün işləmirlər. Öz adının çəkilməsini istəməyən hərbi ekspertlərdən biri “Forbes” ilə söhbətində qeyd edir ki, Ukraynanın şərqindəki muzdlulara axan pul kütləsinin qarşısının kəsilməsi separatçılıq əhvalını sürətlə buxarlandıracaq. Ukrayna Təhlükəsizlik Xidməti (UTX), Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti Rusiyadan və o cümlədən Krımdan Ukrayna ərazisinə keçırilən “qiymətli” yükün yaxalanması barəsində müntəzəm məlumatlar verirlər.
Bu əməliyyatlardan bir neçəsi haqqındakı məlumatda deyilir ki, bu günlərdə Ukrayna Dövlət Avtomobil Müfəttişliyi İzyum şəhəri yaxınlığındakı blokpostda 200 min qrivna konfiskasiya edib. May ayının ortalarında UTX tərəfindən “kütləvi iğtişaşların və terror aktlarının” keçirilməsi üçün bank hesabından ayrılan 3,93 milyon qrivna pulun köçürülməsi əməliyyatının qarşısını alıb. Aprel ayında isə Ukrayna Sərhəd Xidməti əməkdaşları Sevastopol sakinini Krımdan iki çemodanla 5 milyon qrivnanı münaqişə zonasına aparmaq istəyərkən yaxalayıblar. Ondan əvvəl isə UTX tərəfindən 1,8 milyon qrivna keçirən “kuryer” tutulmuşdu. UTX-nin məlumatına ğörə, kanalların qapadılması sayəsində Rusiyadan axıdılan maliyyənin həcmi ciddi şəkildə azalıb.
Ancaq bütün bunlara baxmayaraq, muzdlulara ayrılan “investisiyanın” əhəmiyyətli hissəsi Ukrayna ərazisinə ötürülə bilir. ”Forbes”-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, belə məkanlardan biri də Svyatoqorsk lavrası (kilsəsi) olub. Son zamanlar KİV-lərdə “diversantların bazası” adlanan həmin ərazınin qarşısının alınmasına cəhd edilibmi sualını Daxili İşlər Naziri A.Avakov cavabsız qoyub.

Dəqiq şəkildə sərhəddən daimi miqrasiya edən muzdlu döyüşçulərin sayını söyləmək praktik olaraq mümkün deyil. Ancaq “Razumkov Xarici Siyasət və Beynəlxalq Təhlükəsizlik Proqramı Mərkəzi”nin direktoru Aleksey Melnikin təxmini hesablamalarına görə, Ukrayna sərhəddini 5000-ə yaxın xarıcı “turist” keçib. Bunların arasında kadırovçular, kazaklar, Krımın ”Alfa” və “Berkut” xüsusi təyinatlıları da yer alır. Razvedka.in.ua. portalının rəhbəri Dmitriy Zolotuxin bu məsələ ilə əlaqədar olaraq deyir: ”Onların tərkibi yekcins deyil. Ukrayna ilə həmsərhəd olan Rusiya ərazilərində rus hökuməti tərəfindən maliyyələşən və vətəndaş cəmiyyəti təşkilatları adı altında fəaliyyət göstərən xeyli sayda adamlar var. İndi onlar instruksiya olunaraq təxribat törətmək və döyüşmək üçün Ukraynaya yollanılır. Həmçinin mühafizə qurumları və “avtoritetlərdən” ibarət yarıçinayətkar təşkilatları da buraya daxil etmək olar. Oradakı münaqişədə könüllü olmaqla yanaşı, öz mühafizə firmalarının əmrlərini də yerinə yetirənlər də az deyil”.
Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Qeraşenkonun məlumatlarına əsasən, keçən həftədə Ukraynanın şərqindəki münaqişə regionunda 10 minə qədər terrorist fəaliyyətdə olub. DİN-in digər müşaviri Stanislav Reçinskinin fikrinə görə, muzdlu döyüşçülərə gün ərzində 300 dollara qədər pul ödənilir. Kadırovçuların və yerli döyüşçülərin “əməyi” eyni deyil və həmçinin sözsüz ki, sıravi döyüşçülərlə onların rəhbərlərinin də “qonararı” fərqlidir. Xarici kəşfiyyat xidmətinin keçmiş sədri Nikolay Malamuj hesab edir ki, İqor Qirkin (“Strelok”adlanır) ay ərzində bir neçə on min dollar alır. N.Malamuj əlavə olaraq bildirib: ”Fikirləşirəm ki, döyüşçülər arasında korrupsiya da hökm sürür. Yəqin ki, pulların hamışı muzdlulara çatmır.” Əgər hesab etsək ki, döyüşçülərə bir gündə 200 dollar ayrılırsa, onda 15 min nəfərlik muzdlunun saxlanmasına gün ərzində 3 milyon dollar pul xərclənilir. Belə güman olunur ki, aprel ayının əvvəllərinə kimi minumum olaraq 45 milyon sərf edilmişdi. Ekspretlərin fikrinə görə, muzdlular “işə” avans almadan başlamırlar.

Ukraynanın “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitriy Timçikun fikrinə görə, şərq regionlarındakı etiraz aksiyalarının iştirakıçılarının əksəriyyəti pul hesabına mitinqlərə gəlirlər. Belə ki, işsiz olduqlarından bunu özlərinə qazanc mənbəyi hesab edirlər. Qiymətlər müxtəlifdir. Ukrayna ordusunun qarşısını “canlı qalxan” kimi almağın qiyməti 400-1000 qrivna arasında dəyişir. Muzdlu mitinqçilərin sayı ümumən 10 min nəfər olar. Pulsuz ideya uğrunda mitinqlərdə iştirak edənlərin sayı 20%-dən artıq olmaz. İndiyədək mitinqlərdə iştirak edənlərə ödənilən ümumi məbləğin qiyməti 300 min dollar təşkil edib.
UTX-nin məlumatına görə, mart –may aylarında 877ədəd atıcı silah, 1milyondan artıq patron, 322 kq partlayıcı maddə, 1169 ədəd əl qumbarası vəsairə güc strukturları tərəfindən separatçıların əlindən alınıb. Separatçı muzdluların əlində nə qədər silahın olduğunu hətta onların rəhbərləri də dəqiq bilmir. ”Ordu Araşdırmaları Mərkəzinin” direktoru Valentin Badrakın fikrinə görə, hər bir döyüşçüyə qayda üzrə bir avtomat və ya snayper tüfəngi, birdəfəlik istifadə üçün qumbaraatan (“ŞMEL”), gecə görüntüsü silahı, iki qutu patron, iki ədəd F-1 əl qumbarası (müdafiə məqsədli) və RQD-5 (hücum məqsədli) lazımdır. Yeddi nəfərlik kiçik bölüyə bir ədəd RPQ-7 qumbaraatanı gərəkdir. Rota isə (80-100 nəfər) əsasən iki-üç ədəd tank əleyhinə daşına bilən raket kompleksi, avtomatik AQS-17,AQS-30 qumbaraatanları və iriçaplı (DŞK) pulemyotlar ilə təchiz olunmalıdırlar. Belə formada silahlanmanın qiymətləndirilməsi bir çox faktorlardan asılıdır. Gün ərzində nə qədər patron atılır və sairə.

Ukrayna kəşfiyyatının məlumatına görə, diversantlar Ukraynaya göndərilməmişdən öncə Rostovdakı hərbi bazada hazırlıq kursu keçirlər. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy belə hesab edir ki, həmin bazada 1000 nəfərə yaxın muzdlu döyüşçüyə təlim verilir. Bu cür “məktəb”in saxlanılması gün ərzində 40 min dollara başa gəlir. Aleksey Melnikin sözlərinə əsasən, bu pullar Rusiya əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına, səhiyyəyə, təhsilə və köhnəlmiş bərbad yolların yenilənməsinə xərclənə bilərdi...
Tərcümə etdi: Vaqif Nəsibov


Şərhlər