Menu

77 nəfəri öldürən Breyvik adını dəyişib

12.06.2017, 21:22
77 nəfəri öldürən Breyvik adını dəyişib

2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvik adını dəyişdirib.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, onun yeni adı Fyotolf Hansendir.

A. Breyvikin vəkili ad dəyişmənin səbəbinin açıqlanmayacağını bildirib.

Xatırladaq ki, 2011-ci ildə Anders Breyvikin törətdiyi terror zamanı 77 nəfər ölüb, 240 nəfər yaralanıb. O əvvəlcə parlament binası qarşısında park etdiyi nəqliyyat vasitəsini partladaraq 8 nəfərin ölümünə səbəb olub, sonra isə 69 nəfəri silahla vuraraq qətlə yetirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol