Menu

Türkiyənin Hakkari vilayətində PKK terrorçuları məhv edilib

13.06.2017, 03:14
Türkiyənin Hakkari vilayətində PKK terrorçuları məhv edilib

Türkiyənin Hakkari vilayətində 3 terrorçu məhv edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Hakkari valiliyinin açıqlamasında bildirilir.

Məlumata əsasən, Türkiyə, İran və İraq sərhədlərinin kəsişdiyi Təkəli bölgəsində sığınacaqları müəyyən edilən 3 PKK terrorçusu məhv edilib. Qeyd olunur ki, F-16 hərbi təyyarələri terrorçuların olduğu əraziyə hava zərbələri endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol