Menu

Beynəlxalq Bank Rusiya və Gürcüstandakı törəmə banklarını satır

13.06.2017, 13:57
Beynəlxalq Bank Rusiya və Gürcüstandakı törəmə banklarını satır

“Azərbaycan Beynəlxalq Bankı” ASC Rusiya və Gürcüstandakı törəmə banklarını satmağı planlaşdırır.

“Marja”nın əldə etdiyi məlumata görə, 20 İyun 2017-ci il tarixində Bankın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Həmin yğıncaqda Beynəlxalq Bankın “ABB-Moskva” və “ABB-Gürcüstan"ın nizamnamə kapitalında olan paylarının satılması məsələsi də müzakirə olunacaqdır.

Beynəlxalq Bankın “ABB Moskva”da payı 100%, "ABB Gürcüstan"da isə 75%-dir.

Qeyd edək ki, bir müddət əvvəl "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB), xarici öhdəliklərinin restrukturizasiyası prosesinin törəmə müəssisələri olan "ABB-Moskva" və "ABB-Gürcüstan"nın fəaliyyətinə aid olmayacağını açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol