Menu

Mobil telefonlar kredit borcuna görə bağlana bilər – XƏBƏRDARLIQ

13.06.2017, 21:34
Mobil telefonlar kredit borcuna görə bağlana bilər – XƏBƏRDARLIQ

Azərbaycanda mobil telefonların pərakəndə satış məntəqələri IMEI-kodlarının qeydiyyat sisteminin “Girov” moduluna qoşulub.

Bu barədə yaxın mənbə məlumat verib.

Məlumata görə, “Girov” modulu kredit borcunun ödənilmədiyi təqdirdə kreditlə əldə edilmiş mobil telefonları şəbəkədən ayırmağa imkan verir. “Hazırda bu modula bir çox mağaza qoşulub. İş təkcə Bakıda yox, ölkənin digər rayonlarında da həyata keçirilir”.

Mobil telefon kreditlə əldə olunarkən müştəriyə əvvəlcədən məlumat verilir ki, borcun vaxtında ödənilməyəcəyi halda mobil telefona operatorlar tərəfindən xidmət göstərilməyəcək. /"Trend"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol