Menu

Bakıda yolu keçmək istəyən 83 yaşlı qadını maşın vuraraq öldürüb

13.06.2017, 22:31
Bakıda yolu keçmək istəyən 83 yaşlı qadını maşın vuraraq öldürüb

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, qəza Bakıxanov körpüsü yaxınlığında baş verib.

Taksi kimi fəaliyyət göstərən "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 83 yaşlı Svetlana Turkinanı vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol