Menu

AzTV-nin dörd tanınmış işçisi “Lider”ə keçdi

14.06.2017, 01:23
AzTV-nin dörd tanınmış işçisi “Lider”ə keçdi

AzTV-nin məşhur verilişlərindən olan “Kinoklub”un yaradıcısı Etibar Babayev kanaldan ayrılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, adıçəkilən kanalda həm də bədii rəhbər vəzifəsini tutmuş Babayev Lider TV-də eyni posta təyin olunub.

Bundan başqa, AzTV-də fəaliyyət göstərən tanınmış rejissorlar İsfəndiyar Məcidoğlu və Elnur Məmmədov da Lider TV-yə keçiblər. Onların hər ikisinə bu kanalda məsul rejissor vəzifəsi həvalə olunub.

Teleməkanda “Tarik” ləqəbi ilə tanınan operator Tanrıverdi Tanrıverdiyevin də bu şəxslərlə birgə Lider TV-yə işə düzəldiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol