Menu

"Rusiya Fransa və Niderlandda seçkilərə müdaxilə edib" - Tillerson

14.06.2017, 02:58
"Rusiya Fransa və Niderlandda seçkilərə müdaxilə edib" - Tillerson

ABŞ-ın dövlət katibi Reks Tillerson hesab edir ki, Rusiya Fransa və Niderlandda keçirilən seçkilərə müdaxilə edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, Senatda dinləmələr zamanı bildirib.

"Mən hesab edirəm ki, bəli", - deyə Tillerson müvafiq suala cavab verərək bildirib.

O, həmçinin senatorlardan birinin Rusiyanın daha zəif NATO-nun marağında olması ilə bağlı fikri ilə razılaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol