Menu

Çernobıl AES-nin 3-cü enerji blokunda tüstüllənmə baş verib

14.06.2017, 09:15
Çernobıl AES-nin 3-cü enerji blokunda tüstüllənmə baş verib

Çernobıl Atom Elektrik Stansiyasının üçüncü enerji blokunda tüstüllənmə baş verib. tüstülənmə baş verib APA-nın “ RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Müfəttişliyinin məlumatında bildirilir.

Məlumata görə, tüstülənmə AES-nin üçüncü blokundakı otaqların birində olub. Hadisə yerinə cəlb olunan FHN işçiləri istilənmə aradan qaldırılıb, radiasiyanın vəziyyəti dəyişməz olaraq qalmaqdadır.

Çernobıl Atom Elektrik Stansiyasının üçüncü enerji bloku 1981-ci ildə işə salınıb, 2000-ci ildə isə hökumətin qərarı ilə tam dayandırılıb.

1986-cı ilin aprelin 26-da isə Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji bloku partlayıb. Belarus, Ukrayna və Rusiyada ümumilikdə 160 min kv. km ərazi radiasiyadan zərər çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol