Menu

Londonda 27 mərtəbəli yaşayış binası yandı - Ölənlər var+ VİDEO

14.06.2017, 15:25
Londonda 27 mərtəbəli yaşayış binası yandı - Ölənlər var+ VİDEO

Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 50 nəfər xəsarət alıb, bir neçə nəfər həlak olub."Report" xəbər verir ki, bu barədə Londonun yanğınsöndürmə briqadasının komissarı Deni Kotton bildirib.

O, yanğını hələ də söndürə bilmədiklərinə görə, ölənlərin dəqiq sayının bilinmədiyini qeyd edib.

"29 ildir yanğınsöndürən işləyirəm, həyatım boyunca belə miqyasda yanğın görməmişdim. Çox böyük yanğındır", - D.Kotton vuirğulayıb.

Şahidlərin sözlərinə görə, yanan binada hələ də insanlar var.

 

********

Londonun qərbində çoxmərtəbəli yaşayış binası yanır. "Report" BBC-yə istinadən xəbər verir ki, alov 27 mərtəbəli binanı tam ağuşuna alıb.

Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasına təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən göndərilib, amma onlar hələ ki, yanğının öhdəsindən gələ bilmir.

Tüstüdən xəsarət alanlar barədə məlumat var, həkimlər onlara yardım edir, sadəcə, belə xəsarət alanların dəqiq sayı bilinmir.

Hadisə şahidlərinin sözlərinə görə, yolların çox dar olmasına görə yanğınsöndürən maşınların binaya yaxınlaşması çox çətindir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol