Menu

BOKT kredit ittifaqı oldu

14.06.2017, 10:29
BOKT kredit ittifaqı oldu

Təxminən 1 il bundan əvvəl bank olmayan kredit təşkilatına (BOKT) çevrilmiş “Ağan Kredit İttifaqı” MMC (İmişli rayonu) yenidən əvvəlki təşkilati-hüquqi formaya qayıdıb və kredit ittifaqına çevrilib.

Bu barədə "Vergilər" qəzetində bildirilib.

Xatırladaq ki, sözügedən maliyyə qurumu BOKT kimi Vergilər Nazirliyində dövlət qeydiyyatından keçdikdən sonra nizamnamə kapitalının BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat olmasını əsas gətirərək lisenziya üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata isə bu müraciətə mənfi cavab verib və İttifaqa əvvəlki təşkilati-hüquqi formaya qayıtmaq tövsiyə olunub. “Ağan”a BOKT lisenziyasının verilməməsinin səbəbi açıqlanmır.

Xatırladaq ki, “Ağan Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 335 manatdır. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol