Təhsil naziri Mikayıl Cabbarov ali məktəblərin nəzdində hazırlıq qruplarının təşkil olunmasına münasibət bildirib.
APA-nın xəbərinə görə, nazir deyib ki, bu ilin qəbul qaydaları təsdiqlənib və buna uyğun olaraq qəbul həyata keçirilir.
Nazirin sözlərinə görə, “Təhsil haqqında” qanuna dəyişikliklər qüvvəyə minəndən sonra müvafiq sərəncamla bu məsələ ilə bağlı tapşırıqlar veriləcək: "Qanun tam qüvvəyə minəndən sonra mexanizm barədə Təhsil Nazirliyi tərəfindən ətraflı açıqlama veriləcək. Mediada bu barədə gedən müzakirələrdə bir qədər qeyri-dəqiqlik var idi. Qanun təsdiqlənəndən sonra cəmiyyətə əlavə məlumat veriləcək".

Şərhlər