Menu

ABŞ konqresmeni güllələndi

14.06.2017, 16:43
ABŞ konqresmeni güllələndi

ABŞ konqresmeni Stiv Skalize güllələnib. "AzPolitika.info"nun məlumatına görə, hadisə Vaşinqtonun 11 kilometrliyində, Virciniya ştatının Aleksandria şəhərində baş verib.

Konqresin Nümayəndələr Palatasının üzvü Stiv Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə S. Skaliz və bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Atəş açan şəxsin polis tərəfindən saxlanıldığı xəbər verilir, hadisənin motivi məlum deyil.

S. Skaliz Luiziana ştatını təmsil edir və respublikaçıdır. O, Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur. Hadisə barədə prezident Donald Tramp məlumatlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol