Separatçılar Donetskdə Ukrayna Silahlı Qüvvələrinə məxsus “Su-24” bombardmançı təyyarəsini vurduqlarını elan ediblər.
APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS” agentliyinə qondarma “Donetsk xalq respublikası”nın mətbuat mərkəzində bildiriblər.
“İki “Su-24” təyyarəsi Qorlovka şəhər Daxili İşlər İdarəsinin binasına zərbələr endirib. Bu zaman bombardmançılardan birini zenit-raket kompleksindən vurmaq mümkün olub”, deyə separatçıların nümayəndəsi bildirib. Onun sözlərinə görə, təyyarə yaşayış məntəqəsindən kənarda düşüb. Pilot katapult edə bilib, lakin separatçılar tərəfindən əsir götürülüb.
Ukrayna Silahlı Qüvvələri məlumatı təsdiqləməyib.


Şərhlər