Menu

 “San-Fransiskodakı insident terrorla bağlı deyil” - Polis

15.06.2017, 01:38
 “San-Fransiskodakı insident terrorla bağlı deyil” - Polis

ABŞ-ın San-Fransisko şəhərində baş verən silahlı insident terrorla bağlı deyil.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, "UPS" kuryer şirkətinin yerləşdiyi ərazidə baş verən silahlı insident zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxs daha sonra intihar edib. Onun şəxsiyyəti hələ ki, açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol