Menu

Qətərin «Əl-Cəzirə» telekanalı İsraildə bağlana bilər

15.06.2017, 02:27
Qətərin «Əl-Cəzirə» telekanalı İsraildə bağlana bilər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Qətər ətrafında cərəyan edən siyasi böhranın fonunda İsrail hökuməti bəzi ərəb ölkələrinin təcrübəsinin təkrarı olaraq, «Əl-Cəzirə» telekanalının Dohadan yayım qəbul edən ofislərini bağlaya bilər.

«Yediot Axronot» qəzetinin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netenyahu bu imkanı ciddi şəkildə nəzərdən keçirir. Bazar ertəsi o, həmin məsələni xarici işlər, müdafiə nazirliklərindəki və «Şin-bet» təhlükəsizlik xidmətindəki, eyni zamanda, hökumətin mətbuat xidmətindəki həmkarları ilə müzakirə edib. Xəbər verildiyi kimi, həmin dörd strukturda artıq ofislərin bağlanması prosesinə hazırlıq başlanıb.

«Əl Cəzirə»nin İsrail nümayəndəliyinin rəhbəri Valid Əl-Omari isə öz növbəsində, Netenyahunun planlarını sərt şəkildə tənqid edib və məhkəməyə müraciət edəcəyi ilə hədələyib (əgər, belə qərar qəbul olunarsa). Bundan başqa o, telekanalın guya, HƏMAS və «Hizbullah» radikal qruplaşmaları ilə əlaqədə olması barədəki bütün ittihamları rədd edib.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya telekanalı bloklayıb və onun saytına girişi bağlayıb. Səudiyyə Ərəbistanı isə yerli ofisin administrasiyasını dəyişməyi tələb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol