Menu

Belarus Rusiya rublundan imtina edir

15.06.2017, 13:20

141128082737_ruble_dollar_624x351_rianovostiAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Belarus Respublikası Rusiya rublunu özünün qızıl-valyuta ehtiyatlarının tərkibindən kənarlaşdırmaq qərarına gəlib.

Belarus milli bankı bu addımı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyyələri və digər ölkələrin milli banklarının təcrübəsi əsasında atdığını bəyan edib.

Milli bankın məlumatında xüsusilə vurğulanır ki, Rusiya rublu ilə olan aktivlər requlyatorun balansında qalacaq və ölkənin öhdəlikləri üzrə ödənişlərdə istifadə olunacaq.

«RBK»-nın məlumatına görə, 2016-cı ildə Belarusun ixrac gəlirlərində Rusiya rublunun payı 40,0 faizə qədər artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol