Menu

Putin xələfi haqqında sualı cavablandırıb

15.06.2017, 17:57
Putin xələfi haqqında sualı cavablandırıb

Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt" zamanı öz xələfi haqqında sualı şərh edib. Bu barədə “Report” məlumat verib.

"Bunu seçici həll etməlidir", - Putin bildirib.

Eyni zamanda, Rusiya prezidenti hansı müxalifətin diqqətə layiq olduğu barədə danışıb.

O həmçinin hesab edir ki, bəzi müxalifət təmsilçiləri problemlərdən öz xeyri üçün istifadə edir: "Problemlərdən istifadə etmək yox, onların həlli üçün təkliflər vermək lazımdır. Bu təklifləri verən insanlar diqqətə layiqdir, onların hakimiyyətlə dialoq aparmağa haqqı var. Biz məhz belə edəcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol