"Lester" heyətinə yeni futbolçu cəlb edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Hall Siti"nin müdafiəçisi Harri Maqira ilə 5 illik müqavilə imzalanıb.
Britaniya mətbuatı bu transfer üçün "Lester"in 20 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, H.Maqira ötən mövsüm 29 oyunda 2 qol vurub, 2 qolun ötürməsini verib.


Şərhlər