Menu

Bakıda qız bacısını bıçaqlayıb

16.06.2017, 01:17
Bakıda qız bacısını bıçaqlayıb

Dünən axşam saatlarında Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, Qara Qarayev prospekti 93 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Musayeva Nişanə Etibar qızı bacısı tərəfindən bıçaqlanıb.

M. Nişanə dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.

Bıçaqlayan şəxsin psixi problemlərinin olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol