Menu

Spirtli içkilər beyinə ciddi ziyan vurur

16.06.2017, 01:42

spirt ickiSpirtli içkilərdən hətta normal həcmdə istifadə edilməsi beyinə ciddi ziyan vurur.

Çox miqdarda alkohol beyin sağlamlığını ciddi şəkildə pozulduğu müşahidə edilib.

İngiltərənin Oksford Universitetinin alimlərinin 30 il ərzində həftədə 8-12 qədəh içki içənlərin beynində apardıqları tədqiqatlardan məlum olub ki, spirt beyində degerasiyaya yol açır.

Araşdırmalarda iştirak edənlər həm də xüsisi anketlər doldurur. Hər 5 ildən bir keçirilən bu sorğular beyin funksiyasının gerilədiyini aşkar edib.

Amerikada ürək xəstələrinə 1, və ya 2 qədəh şərab məsləhət görülür.

Lakin London alimləri bunu yanlışlıq kimi qiymətləndirərək, araşdırmaların nəticələrinə uyğun olaraq bu tendensiyanın dəyidirilməsini məsləhət görür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol