Menu

Rusiyanın Trampa rəğbəti… - Putin izah edir

16.06.2017, 16:07
Rusiyanın Trampa rəğbəti… - Putin izah edir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin Amerikalı rejissor Olivet Stouna verdiyi müsahibədə danışıb ki, Rusiya ABŞ Prezidenti Donald Trampa böyük rəğbət bəsləyir. Çünki o, Rusiya ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.

«Əlbəttə, cənab Trampa bizim rəğbətimiz var və indi bunu dilə gətiririk, çünki o, Rusiya-ABŞ münasibətlərini bərpa etmək istəyini və buna hazır olduğunu bəyan edib» - deyə, Putin qeyd edib.

Rusiya Prezidentinin sözlərinə görə, xarici jurnalistlər Trampa yönəlik sualla onu «ovlamaq» cəhdləri göstəriblər.

«Müxtəlif ölkələrdən olan jurnalistlər mənə sual verməyə cəhd göstərərkən, fikirləşirdilər ki, məni nədəsə «tuta biləcəklər». Mən də hər dəfə soruşurdum: «Məgər siz, Rusiya ilə Birləşmiş Ştatlar arasında yaxşı münasibətlərin qurulmasının əleyhinəsiniz?» - deyə, Putin bildirib.

Putin, həm də əlavə edib ki, iki ölkə arasında münasibətlərin praktikada necə inkişaf etdiyinə baxmaq zərurəti var.

«O, iqtisadi əlaqələrin bərpasından, terrorçuluqla birgə mübarizənin aparılmasından danışıb - məgər bu, pisdir?» - Putin sual edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol