Azərbaycan Milli İstiqlal Partiyası prezident seçkisi ilə bağlı rəsmi qərar çıxarıb. Oktyabrın 3-də “Media forum” saytına danışan baş katib Arzuxan Əlizadə deyib ki, oktyabrın 1-də Siyasi Şuranın iclasında çıxarılan qərara görə, partiyanın öz namizədi olmadığı üçün üzvlər seçimdə sərbəstdir: “Səsvermə hüququ hər kəsə verilir. Bu hüququ məhdudlaşdırmaq olmaz. Biz seçkini boykot etmirik. Partiya üzvləri istədikləri, platformasını daha üstün bildikləri namizədə səs verə bilərlər”. Arzuxan Əlizadə bildirib ki, AMİP lideri Etibar Məmmədov Siyasi Şuranın iclasında iştirak etməyib: “Etibar bəy partiyanın cari fəaliyyətinə qarışmır”.


Şərhlər