Menu

Yataqxanada yanğın - Sakinlər təxliyə edildi

16.06.2017, 19:46
Yataqxanada yanğın - Sakinlər təxliyə edildi

Sumqayıtda yataqxanada yanğın baş verib.

Beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol