Menu

“Fənərbağça”nın yeni baş məşqçisi məlum olub

16.06.2017, 22:18
“Fənərbağça”nın yeni baş məşqçisi məlum olub

“Fənərbağça”da gözlənilən təyinat rəsmiləşib. Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngini bundan sonra Aykut Kocaman çalışdıracaq.

Klubdan verilən rəsmi açıqlamada köhnə-yeni baş məşqçi ilə 2 ilik müqavilə imzalandığı qeyd edilib.

Kocaman 2010-2013-cü illər aralığında da bu komandada baş məşqçisi olub. Son mövsümdə isə o, “Konyaspor”a rəhbərlik edirdi.

Qeyd edək ki, “Fənərbağça”nı geridə qalan mövsümdə Dik Advokat çalışdırırdı. Hollandiya yığmasından təklif alan mütəxəssis mövsüm bitən kimi istanbullularla yollarını ayırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol