Menu

Neftçalada intihar - 80 yaşlı kişi özünü asdı

17.06.2017, 09:02
Neftçalada intihar - 80 yaşlı kişi özünü asdı

Neftçala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında, rayonun Aşağı Surra kəndində qeydə alınıb.

Kənd sakini, 80 yaşlı İbrahim Əliheydər oğlu Rəhimov yaşadığı evdə özünü asıb. Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol