Menu

Bakının iki əsas magistralında sürətin maksimal həddi azaldılıb

17.06.2017, 11:41
Bakının iki əsas magistralında sürətin maksimal həddi azaldılıb

Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralı Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saata endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol