Menu

İran və Çinin Hərbi Dəniz Qüvvələri birgə təlim keçəcək

17.06.2017, 14:20
İran və Çinin Hərbi Dəniz Qüvvələri birgə təlim keçəcək

İran və Çinin Hərbi Dəniz Qüvvələri birgə təlim keçəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, təlim sabah Oman dənizində Hörmüz boğazında təşkil olunacaq. Birgə hərbi təlim Hörmüz boğazının şərqindən Hind okeanının şimalınadək olan ərazini əhatə edəcək.

Çin Xalq Respublikasının Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər iki gün öncə İranın Bəndər Abbas limanına gətirilib.

Təlimin keçirilməsində məqsəd iki ölkənin Hərbi Dəniz Qüvvələrinin təcrübələrini paylaşmaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol