AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Rusiyalı pilotların «ATPL» lisenziyalarını təsdiqləməyi dayandırıb. Bu barədə Şeremetyev həmkalar ittifaqının saytında xəbər verilir.
«16 iyun 2017-ci il tarixindən «CAAC» Rusiyalı pilotlardan sifarişlərin qəbulunu və Rusiyanın «ATPL» lisenziyalarını təsdiqləməyi dayandırıb. Bu zaman, Rusiya hakimiyyət dairələrinin fəaliyyətinin beynəlxalq əməkdaşlınq stanlartlarına və prosedurlarına uyğun gəlmədiyinə istinad edib» - məlumatda deyilir.
Bundan əvvəl «Rosaviasiya» avişirkətlərdən xahiş etmişdi ki, işdən azad olumuş və xaricdə işlə təmin olunmuş pilotların sayı barədə məlumat versinlər.
«İyunun 15-nə qədər aviaşitrkətlər "Rosaviasiya"nın uçuş istismarı idarəsinə 1 yanvar 2015-ci ildən 1 iyun 2017-ci ilə qədərki dövrdə aviaşirkətlərdə işdən azad olunmuş pilotlar barədə, adı, familyası, atasının adı, mülki aviasiya mütəxəssisi vəsiqəsinin nomrəsi göstərilməklə, xarici aviaşirkətlərdə işə düzəlmiş pilotlar haqqında məlumat verilməlidir» - deyə, "Rosaviasiya"nın başçısı tərəfindən imzalanmış telerqamda bildirilir.
Bundan əvvəl, «Kommersant» qəzeti yazmışdı ki, son 2,5 ildə 300 nəfər ən hazırlıqlı və ingilis dilini əla bilən pilot (hava gəmisi komandirləri, instruktorlar) Asiya aviaşirkətlərində işə keçib - onlardan 100 nəfərə yaxını Çin aviaşirkətlərini seçib.

Şərhlər