AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Baş nazir Dmitri Medvedyevin imzaladığı sərəncama uyğun olaraq, Rusiya Barents dənizindəki Kolsk körfəzində dörd süni ada yaradacaq. Sənədin mətni iyunun 17-də hökumətin saytında dərc olunub.
Süni adalarda, sıxılmış qazın istehsalı, saxlanması və göndərilməsi, o cümlədən, dəniz texnikası və avadanlıqlarının təmiri və onlara qulluq üçün dəniz komplekslərinin tikintisi üçün mərkəz yaradılacaq. Bu texnika dənizdə neft-qaz kondensatı mədənlərinin işlənməsində istifadə olunacaq.
Layihəyə qoyulacaq investisiyanın həcmi 25 milyard rubl təşki edəcək. Adalar «Kolsk verf» şirkətinin («Novatek» səhmdar cəmiyyətinin törəmə müəssisəsi) vəsaiti hesabına salınacaq.
«Mərkəzin tikilməsi 10 min yeni iş yerinin açılmasına, bütün səviyyələdə büdcəyə vergi ödənişlərinin artmasına, bölgəyə (Murmansk vilayəti) əlavə investisiyaların cəlb olunmasına, yeni yüksək texnologiyalı istehsalın inkişaf etdirilməsinə imkan verəcək» - deyə, hökumətin sərəncamında qeyd olunur.
AzPolitika.info


Şərhlər