Menu

Səudiyyə Ərəbistanı öz ərazisində Türkiyəyə hərbi baza tikməyə icazə verməyəcək

17.06.2017, 17:48
Səudiyyə Ərəbistanı öz ərazisində Türkiyəyə hərbi baza tikməyə icazə verməyəcək

Səudiyyə Ərəbistanı öz ərazisində Türkiyəyə hərbi baza tikməyə icazə vermək niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyində açıqlama yayılıb.

Məlumatda bildirilir ki, krallıq Türkiyəyə hərbi baza yaratmaq üçün icazə verə bilməz: "Səudiyyə Ərəbistanının buna ehtiyacı yoxdur".

Qeyd edək ki, iki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP telekanalına müsahibəsində bəyan etmişdi ki, Səudiyyə Ərəbistanı kralı ilə görüşdə ona krallıq ərazisində hərbi baza açmağı təklif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol