Menu

“Monako”nun daha bir futbolçusu “Fənərbağça”ya keçir

18.06.2017, 01:34
“Monako”nun daha bir futbolçusu “Fənərbağça”ya keçir

Transfer fəaliyyətini davam etdirən “Fənərbağça” “Monako”nun daha bir futbolçusu ilə anlaşıb.

Apasport.az xəbər verir ki, “sarı-lacivərtlilər” Nabil Dirarın ardınca Gil Diasla razılığa gəliblər.

İstanbul klubu yarımmüdafiənin sol cinahındakı problemi məhz 20 yaşlı portuqaliyalı ilə aradan qaldırmağa qərar verib. Dias qarşıdakı 1 ili icarə əsasında “Fənərbağça”da keçirəcək. “Kanarya” daha öncə Mehmet Ekici ve Matyu Valbuenanı da heyətinə qatmışdı.

Qeyd edək ki, Gil Dias 2016-cı ildən icarə əsasında “Rio Ave” klubunda çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol