Menu

Daha bir intihar Balakəndə

19.06.2017, 19:24
Daha bir intihar Balakəndə

Balakəndə intihar olub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Müşfiq Mehdi oğlu Şirinov kənd ərazisində ağacdan özünü asıb. M. Şirinovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Balakən rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol