Menu

Şimali Koreyanın azad etdiyi amerikalı tələbə ölüb

20.06.2017, 01:35
Şimali Koreyanın azad etdiyi amerikalı tələbə ölüb

Koreya Xalq Demokratik Respublikası tərəfindən azad edilmiş amerikalı tələbə Otto Uormbier dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə mərhumun ailə üzvlərinin bazar ertəsi yaydıqları bəyanatda bildirilir.

"Otto bu gün günorta 2.20-də onu sevən insanların əhatəsində vəfat etdi. Təəssüf ki, şimali koreyalıların oğlumuzu məruz qoyduqları dəhşətli işgəncələr, onun üçün başqa bir çıxış yolu qoymadı", - deyə bəyanatda qeyd olunur.

Uormbier Şimali Koreya türməsində ona verilən yuxu dərmanından sonra 2016-cı ilin martından komadadır.

Amerikalı həkimlər tələbəni müayinə etdikdən sonra bildiriblər ki, Otto ağır kəllə-beyin travması alıb.

Hazırda KXDR-da saxlanılan daha 3 ABŞ vətəndaşının azad olunması istiqamətində danışıqlar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol