Menu

Aeroport yolunda piyadanı maşın vuraraq öldürüb

20.06.2017, 01:40
Aeroport yolunda piyadanı maşın vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

"Audi" markalı "99-FL-277" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol