Menu

Suriyada koalisiyanın bombardımanı nəticəsində 12 dinc sakin ölüb

20.06.2017, 02:58
Suriyada koalisiyanın bombardımanı nəticəsində 12 dinc sakin ölüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın İraqla sərhəddə yerləşən Təll-Şaer yaşayış məntəqəsinə endirdiyi hava zərbələri nəticəsində 12 dinc sakin ölüb.

"Report" xəbər verir ki, ölənlərin hamısının bir ailənin üzvləri olduğu bildirilir.

Təll-Şaer yaşayış məntəqəsi Əl-Hasaka mühafəzəsində yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol