Menu

2018-ci il Formula 1 Azərbaycan Qran Prisinin vaxtı məlum oldu

20.06.2017, 14:12

map_formula1_160612_22018-ci ildə Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində keçiriləcək.

Trend-in məlumatına görə, bu, Beynəlxalq Avtomobil Federasiyasının dərc etdiyi ilkin təqvimdə qeyd olunub.

2018-ci ildə Azərbaycan Qran Prisi təqvim üzrə dördüncü yarış olacaq.

Bundan başqa, növbəti mövsümdə 21 mərhələ nəzərdə tutulub. Almaniya Qran Prisi birillik aradan sonra yenidən təqvimə salınıb.

Malayziya Qran Prisi isə gələn il üçün nəzərdə tutulan təqvimdən çıxarılıb. Onun əvəzinə 10 illik fasilədən sonra Fransa Qran Prisi baş tutacaq.

Qeyd edək ki, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol