Menu

"Sənin snayperin orada nə edir?"

16.06.2014, 15:05
"Sənin snayperin orada nə edir?"

Ziyafət Əsgərov erməni deputatın cavabını verdi

"Azərbaycanın snayperləri geri çəkmək fikri yoxdur. ANS PRESS-in məlumatına görə, bunu Bakıda olan Ermənistan nümayəndə heyətindən deputat Tevan Poqosyana cavabında Ziyafət Əsgərov deyib.

“Azərbaycan snayperləri cəbhə xəttindən geri çəkməlidir” fikrinə münasibət bildirən parlamentin vitse spikeri bildirib ki, Azərbaycanın özünü müdafiə məqsədi ilə snayperləri sərhədə yığıb.

"Sən gəlib Azərbaycanın ərazisini işğal edib, Zəngilanda, Qubadlıda, Füzulidə və digər torpaqlarımızda oturub mənim ölkəmdə cəbhə qurmusan. Özü də deyirsən ki, snayperlərinizi yığışdırın. Snayperləri Azərbaycan ərazilərindən çəkiləndə yığışdırarıq. Mən o zaman güzəşt edə bilərəm. Mən öz ərazimi orada düşməndən qoruyuram. Sənin snayperin orada nə edir?"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol